Macarıstan hökuməti Ukrayna konsulunun ölkədən çıxarılması barədə qərar verib.
Bu qərar Ukraynanın eyni addımına cavab olaraq verilib.
Qeyd olunur ki, Ukrayna Macarıstanın Zakarpatye vilayətindəki konsulunu persona non-qrata elan etmişdi.
Ukrayna konsulunun Macarıstandan çıxarılması barədə ölkənin xarici işlər naziri Peter Siyarto məlumat verib.