Xəzər Xəbər

ABŞ-dan Rusiyaya ŞOK 7 il əvvəlki TAKTİKA TƏTBİQ OLUNACAQ

Dünya | 15:48 • 4 Oktyabr 2018
ABŞ-dan Rusiyaya ŞOK

Birləşmiş Ştatlar Suriyaya "S-300” zenit-raket komplekslərinin göndərilməsində cavab olaraq "F-22” stels-qırıcılarından (gözəgörünməz –red.) və "F-16CJ” anti-radar təyyarələrindən əməliyyatlar zamanı istifadə etməyi nəzərdə tutur.

Bu haqda "The Drive” nəşri yazıb.

Amerika Hərbi-Hava Qüvvələrləri hələ Suriyada hərbi kampaniyanın başlanğıcında - Suriya qoşunlarının mümkün cavab addımlarının naməlum olduğu vaxtda (2011-ci il –red.) "F-22” və "F-16CJ”-ləriı tətbiq edirdi.

"İndi Birləşmiş Ştatlara, ehtimal ki, özünün əvvəlki taktikasına qayıtmalı olacaq”, - "The Drive” hesab edir.

Xatırladaq ki, Rusiya "S-300” zenit-raket sisteminin çatdırılması çərçivəsində Suriyaya texnikanın 49 vahidini çatdırıb. Bu haqda ötən gün Rusiya prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə müdafiə naziri Sergey Şoyqu bildirib.

Qeyd edək ki, "S-300” zenit-raket sisteminin Suriyaya çatdırılması haqqında qərar Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsinin vurulmasından sonra verilib./publika.az

Xəbər lenti