Ukrayna XİN-i Bereqovo şəhərində Macarıstanın konsulu Erno Keşkeni persona non-qrata elan edib.
Bu barədə nazirliyin saytında bildirilib.
Məlumata görə, ona ölkəni tərk etməsi üçün 72 saat vaxt verilib.
Diplomatın ölkədən çıxarılmasına səbəb isə Zakarpat əyalətində Bereqovo şəhərində Ukrayna vətəndaşlarına Macar pasportlarının verilməsi olub. Sentyabrın 19-da KİV-də bununla yayılan kadrlardan görünürdü ki, konsul Ukrayna vətəndaşlarına Macarıstan üçün sədaqət andı içdirir və ukraynalılardan Macar vətəndaşlığını aldıqlarını gizlətməyə çağırır./faktxəbər