Xəzər Xəbər

28 mindən çox avtomobil geri çağırıldı Yanacaq şlanqında qüsurlar aşkarlanıb

Dünya | 14:24 • 4 Oktyabr 2018
28 mindən çox avtomobil geri çağırıldı

"Hyundai” şirkəti Rusiyada 28 mindən çox avtomobili geri çağırıb.

Bu qərar avtomobillərin yanacaq şlanqında qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2017-ci ilin noyabrınadək satılmış "Creta” modellərinə şamil edilir.

Bildirilir ki, bu maşınlarda təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək. (Trend)

Xəbər lenti

Çox oxunanlar