Xəzər Xəbər

Macarıstanın Ukraynadakı konsulu "arzuolunmaz şəxs" elan edilib

Dünya | 13:57 • 4 Oktyabr 2018
Macarıstanın Ukraynadakı konsulu "arzuolunmaz şəxs" elan edilib

Macarıstanın Ukraynanın Zakarpartye vilayətinin Bereqovo şəhərindəki konsulu persona non-qrata elan edilib. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə nota Macarıstanın Ukraynadakı səfiri Erno Keşkenoya təqdim edilib. Venesiya Konvensiyasına görə, konsul 72 saat ərzində Ukraynanı tərk etməlidir.


Xatırladaq ki, bir müddət öncə Ukrayna KİV-lərində konsulun ukraynalılara Macarıstan pasportları verdiyinin əks olunduğu video yayılıb. Bundan sonra Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Macarıstanla bağlı kəskin bəyanat verib. Bunun qarşılığında Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynanın atacağı hər hansı addıma ölkəsinin tutarlı cavab verəcəyini bildirib.

Xəbər lenti