Xəzər Xəbər

Terrorçular əkir, ABŞ qoruyur - Narkotik

Dünya | 11:52 • 4 Oktyabr 2018
Terrorçular əkir, ABŞ qoruyur - Narkotik
PKK terrorçularının Suriyadakı zəhər tarlaları ABŞ hərbçiləri tərəfindən qorunur. Bu barədə "Yeni Şafak" qəzeti yazıb. Terrorçuların zorla ələ keçirərək narkotik plantasiyalara çevirdiyi məntəqələr ABŞ bazalarına yaxın ərazilərdə yerləşir.

Narkorik məhsulların becərildiyi ərazilərin təhlükəsizliyini ABŞ hərbçiləri həyata keçirir.

PKK terror təşkilatının Suriyada fəal olduğu bölgələrdə on minlərlə hektar ərazi narkotik plantasiyalarına çevrilib. Rəqqa, Haseke və Deyr-əz-Zorda əraziləri zorla əllərindən alınan yerli sakinlər "Yeni Şafak"a açıqlamasında bildiriblər ki, suriyalı gənclər də bilərəkdən narkotik maddələrin aludəçisinə çevrilirlər.

Ənvər Rüşdi adlı sakinin sözlərinə görə, Rəqqa, Tel Abyat, Haseke və Deyr-əz-Zorda market, dəftərxana və apteklərdə narkotik satışı həyata keçirilir. Terrorçular PKK sıralarına yeni üzvlər yığmaq üçün gəncləri narkotik vasitələrdən asılı vəziyyətə salınır, daha sonra onları təşkilata üzv etmək asanlaşır./FaktXəbər

Xəbər lenti

Çox oxunanlar