Xəzər Xəbər

Ukrayna Rusiyadan 30 min vaqonunu tələb etdi

Dünya | 10:17 • 4 Oktyabr 2018
Ukrayna Rusiyadan 30 min vaqonunu tələb etdi
Ukrayna Ali Radası sədrinin birinci müavini İrina Geraşenko bəyan edib ki, Kiyev Rusiyadan qondarma Donetsk və Luqansk respublikalarında olan "Ukrzaliznısya" şirkətinə məxsus 30 min vaqonun geri qaytarılmasını tələb edir. Bu barədə "UNİAN" məlumat yayıb.

İrina Geraşenko əlavə edib ki, vaqonlar Rusiyanın dəstəyi ilə işğal olunmuş ərazilərdə qalıb.

Qeyd edək ki, 85 vaqon Avropa yenidənqurma və inkişaf bankı tərəfindən ayrılmış kredit vəsaitləri ilə alınıb. Ukrayna bu vaqonlara görə borcu ödəyib qurtarmayıb.FaktXəbər

Xəbər lenti

Çox oxunanlar