Xəzər Xəbər

Türkiyədə qəribə olay - Oğurladığı üzüyü uddu

Dünya | 09:49 • 4 Oktyabr 2018
Türkiyədə qəribə olay - Oğurladığı üzüyü uddu

Türkiyənin Muğla rayonunun Marmaris qəsəbəsində qəribə hadisə baş verib.

Yan Kampel adlı irlandiyalı turist qızıl mağazalarından birindən oğurladığı briliyant üzüyü udub.

Belə ki, 54 yaşlı kişi alış-veriş bəhanəsi ilə dükana daxil olub. O, satıcının bir anlıq diqqətinin yayınmasından istifadə edərək brilyant üzüyü ovcuna alıb. Lakin, vəziyyəti anlayan satıcı turisti qapıda dayandıraraq əlindəki verməsini tələb edib. Bu zaman Kampel dəyəri 40 min dollar olan üzüyü udub.

Hadisə yerinə dərhal polis çağırılıb və o, saxlanılaraq polis idarəsinə aparılıb. Kampel burada iddiaları qəbul etmədiyi üçün təhlükəsizlik kameraları izlənilib, həmçinin rentgen müayinəsindən keçirilib və onun oğurluq etdiyi sübut olunub. Bundan sonra üzüyün mədədən çıxarılması üçün irlandiyalı turist xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma davam etdirilir.(qafqazinfo.az)


Xəbər lenti

COP29 Sədrliyindən BƏYANAT
18:10 • 22 Noyabr 2024