Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr təşkilatın baş katibi Yuri Xaçaturovun əvəzlənməsi ilə bağlı intensiv müzakirələri davam etdirir.
RİA Novosti xəbər verir ki, Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov qərarın hamı üçün məqbul olmasının vacibliyini bildirib.
Bundan öncə erməni baş katib Xaçaturov 2008-ci il martın 1-də keçirilən etiraz aksiyaları zamanı Ermənistandakı konstitusiya rejimini devirməkdə ittiham olunur.
"Məsələ ilə bağlı gərgin mübarizələr gedir. Əminik ki, qərar təşkilatın hər bir üzvü üçün məqbul olacaq”, - Abdrahmanov deyib.
O əmin olduğunu bildirib ki, bu qərar KTMT-nin gələcək fəaliyyəti üçün heç bir mənfi nəticəyə səbəb olmayacaq.