Tanzaniyada sərnişin bərəsinin Viktoriya gölündə batması nəticəsində həlak olanların sayı 86 nəfərə çatıb.
Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, cəsədlərin 44-ü qəzadan bir qədər sonra - sentyabrın 20-də, 42-si isə axtarış-xilasetmə əməliyyatının bərpa edilməsinin ardından - sentyabrın 21-də səhər saatlarında aşkarlanıb.
Xatırladaq ki, bərə sentyabrın 20-də Yukora adasından 50 metr məsafədə qəzaya uğrayıb. Faciə zamanı göyərtədə təxminən 200 sərnişin olub ki, bu da bərənin imkanlarından iki dəfə çoxdur. Həmçinin bərəyə çoxlu yük də yığılıb.
Qəzetin yerli məmurdan aldığı digər məlumatda isə bərə batarkən onun göyərtəsində 400-dən çox sərnişinin olduğu bildirilir.