Tanzaniyada Viktoriya gölündə sərnişin bərə gəmisinin aşması nəticəsində ölən insanların sayı 86-ya çatıb. Bu barədə yerli "Citizen” qəzeti region komissarı Con Monqellaya istinadən məlumat yayıb.
Qeyd
olunur ki, 44 cəsəd gəmi aşandan dərhal sonra, 42-si isə bu gün səhər
saatlarında axtarış-xilasetmə əməliyyatları bərpa edildikdən sonra
aşkarlanıb.
Xatırladaq ki, ötən gün Viktoriya gölündəki bərə
gəmisi Yukora adası yaxınlığında aşıb. "France-Presse” bildirib ki,
gəminin göyərtəsində 200 nəfər olub, bu da onun tutum imkanlarından 2
dəfə çoxdur. Yerli məmurlar isə gəmidəki sərnişinlərin 400-dən çox
olduğunu deyiblər. Həmçinin, gəmidə digər yüklər – qarğıdalı torbaları,
banan və sement də daşınıb ki, nəticədə ağırlığa dözməyən gəmi çevrilib.