Qazaxıstanda pedofillər ilk dəfə kimyəvi
üsulla axtalanacaq. FaktXəbər "RİA Novosti"yə istinadən bildirir ki, bu
barədə ölkənin Səihyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, azyaşlılara qarşı seksual zorakılıqlara yol vermiş
şəxslərin axtalanması ilk dəfə Qazaxıstanın Türküstan vilayətində tətbiq
ediləcək.
Qeyd edək ki, 2016-ci ilin aprelində Qazaxıstan prezidenti Nursultan
Nazarbayev qanunvericiliyə düzəlişlər edərək uşaq hüquqlarının
müdafiəsini sərtləşdirib. Pedofillərin kimyəvi axtalanması həmin
qanunvericiliyə edilən dəyişikliyin tərkib hissəsidir və 2018-ci il
yanvarın 1-dən qüvvəyə minib.
Ölkənin Baş Prokurorluğu açıqlayıb ki, məhkəmənin qərarı ilə pedofillərə qarşı preparatların tətbiq edilməsi məcburi olacaq.