Xəzər Xəbər

Merilend ştatında silahlı insident - çox sayda zərərçəkən var

Dünya | 21:49 • 20 Sentyabr 2018
Merilend ştatında silahlı insident -

ABŞ-ın Merilend ştatının hakimiyyət orqanları silahlı insident və çoxsaylı zərərçəkənlər barədə məlumat yayıb.


Xezerxeber.az RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Harford dairəsinin şerifi Ceffri Qaler hadisənin necə baş verdiyinin hələlik məlum olmadığını bildirib.


"Biz təsdiqləyə bilərik ki, Spesutia və Perrimen yolu rayonunda atəş açılıb. Çoxsaylı zərərçəkənlər var. Vəziyyət hələ də sürətlə dəyişir. Lütfən, bu rayondan uzaq durun”, - Twitter-də dərc olunmuş məlumatda belə deyilir.

Xəbər lenti

Çox oxunanlar