ABŞ prezidenti Donald Tramp Neft İxracatçıları Ölkələri Təşkilatını (OPEK) "inhisarçı" adlandıraraq, dərhal neftin qiymətlərini aşağı salmağa çağırıb.
Amerikalı lider bu fikirlərini özünün "Twitter" səhifəsində qeyd edib.
D.Tarmp yazıb: "Biz Yaxın Şərq ölkələrini müdafiə edirik, onlar uzun müddət biz olmadan təhlükəsiz vəziyyətdə qala bilməzlər. Bununla belə, yenə də qiymətləri artırmaqda davam edirlər. İnhisarçı OPEK neftin qiymtələrini dərhal aşağı salmalıdır".