Poroşenko söz verdi: Ukraynada ədalətli seçkilər keçiriləcək
Dünya
|
15:02 • 20 Sentyabr 2018
Ukrayna prezidenti Pyotr Poroşenko söz
verib ki, Ukraynada keçiriləcək parlament və prezident seçkiləri,
2014-2015-ci illərdə olduğu kimi 2019-ci ildə də ədalətli keçiriləcək. Bu barədə "112 Ukrayna" telekanalı məlumat yayıb.
"Artıq yaxında, 31 martda parlament seçkiləri keçiriləcək. Mən prezident
olaraq zəmanət verirəm ki, azad, ədalətli, demokratik prezident və
parlament seçkiləri təşkil ediləcək",-deyə Poroşenko vurğulayıb.
Qeyd edək ki, Pyotr Poroşenko iştirakla bağlı qərarını seçki kampaniyası başlayandan sonra açıqlayacaq.
Avqustun əvvəlində Ukrayna Mərkəzi Seçki Komissiyası bəyan edib ki,
prezident seçkiləri 2,3 mlrd. qrivinə (təxminən 87 mln dollar) başa
gələcək.