Xəzər Xəbər

Valideynlərinizə hörmət edin - Papadan gənclərə çağırış

Dünya | 14:26 • 20 Sentyabr 2018
Valideynlərinizə hörmət edin -

Roma Papası I Fransisk katolik gəncləri valideynlərə hörmət etməyə çağırıb.


Papa Vatikanda ənənəvi çıxışı zamanı bu çağırışı edib.


O, gənclərə həm öz, həm də başqalarının valideynlərinə hörmət etməyin vacib olduğunu deyib:


"Əgər sən valideynlərindən uzaqlaşmısansa, onların yanına qayıtmağa cəhd et: Ola bilər ki, onlar qocalıb. Unutma ki, onlar sənə həyatı bəxş edib!”


Roma Papası valideynlərin yanında təhqiredici ifadələr, xoşagəlməz sözlər işlətməməyi də tapşırıb.

Xəbər lenti