ABŞ prezidenti Donald Tramp bir çox məsələdə ədliyyə naziri Cef Sessionstan məmnun olmadığını bildirib.
Amerikanın "The Hil" qəzetinə müsahibə verən Tramp, Ədliyyə naziri barədə narahatlığını bir daha dilə gətirib.
Başda Rusiya araşdırması olmaqla sərhəd təhlükəsizliyi və digər bir çox məsələdə Sessionsun atdığı addımlardan razı qalmadığını bildirən Tramp, xüsusilə Sessionsun özünü Rusiya istintaqın kənarda saxlamasını qəbul etmədiyini vurğulayıb.
Tramp, "mənim Ədalət nazirim yoxdur. Bu çox məyusedicidir. Cef Sessions haqqında təəssüf edirəm, çünki ilk öncə o mənim yanıma gəlmişdi. Məni dəstəklədiyini açıqlayan ilk senator idi. Ədliyyə naziri olmaq istədi, amma mən onun bu işi etdiyini görmədim", söyləyib.
Sessionsu vəzifədən çıxarıb çıxarmayacağı ilə bağlı suala da cavab verən Tramp, "Cef ilə bu işin necə gedəcəyini müzakirə edəcəyik. Cef haqqında böyük məyusluq içindəyəm", - deyib.
Bundan əvvəl də Trampın vəzifədən çıxaracağı iddia edilən Sessions, hazırda ABŞ Ədliyyə naziri kimi vəzifəsini icra edir, amma Trampın son çıxışı Sessions üçün "yolun bitdiyi" şəklində şərh olunur.
Qeyd edək ki, Sessions nazirlik vəzifəsinə başladıqdan sonra Rusiya cinayət işinə qarışmayacağını açıqlamış və bu addımı Trampın etirazına səbəb olmuşdu./FaktXəbər