Xəzər Xəbər

Donald Tusk Avropa İttifaqının fövqəladə sammitini keçirməyə çağırıb

Dünya | 12:16 • 20 Sentyabr 2018
Donald Tusk Avropa İttifaqının fövqəladə sammitini keçirməyə çağırıb

Avropa İttifaqı Ərəb Dövlətləri Liqası ilə birgə miqrasiya məsələləri üzrə fövqəladə sammit keçirməlidir.

Avropa İttifaqı Şurasının sədri Donald Tusk bu fikrini Avstriyanın Zalsburq şəhərində Avropa İttifaqının sammitinin başlanmasından əvvəl bildirib.

Onun fikrincə, yüksək səviyyəli bu görüş 2019-cu ilin fevralında Misirdə keçirilə bilər. Tusk müvafiq təkliflə Zalsburqda çıxış etmək niyyətindədir.

Avropa İttifaqı Şurasının sədri deyib: "Aqressiv ritorikaya baxmayaraq, vəziyyət düzgün istiqamətdə dəyişir”. Onun sözlərinə görə, 2015-ci ildə Avropa Birliyində qeyri-leqal miqrantların sayı 2 milyon idisə, bu il müvafiq rəqəm 100 min azdır. Tusk bildirib ki, bu vəziyyət Avropa İttifaqının xarici sərhədlərinin qorunmasına və Aİ hüdudlarından kənardakı dövlətlərlə əməkdaşlığa yönəlmiş siyasətlə bağlıdır.

Tusk Aİ ölkələrini qarşılıqlı ittihamlara son qoymağa və miqrasiya məsələlərinin həllində konstruktiv əməkdaşlığa çağırıb.

Avropa İttifaqı Şurasının sədri vurğulayıb: ölkələri "miqrasiya problemini həll etmək istəyənlərə və bu problemdən siyasi məqsədlər üçün istifadə etmək niyyətində olanlara bölmək yolverilməzdir”.

Xəbər lenti

Çox oxunanlar