ABŞ ordusunun Yaxın Şərqə yeridilməsi ABŞ dövlətinin tarixində ən böyük səhv olub.
Bunu "Hill” qəzetinə müsahibəsində ABŞ Prezidenti Donald Tramp deyib.
"Obama əsgərləri buradan çıxararaq səhv etdi, amma bizim ölkənin tarixində buraxılan ən böyük səhv bu əsgərləri Yaxın Şərqə göndərmək idi. ABŞ Yaxın Şərq kampaniyasına 7 trilyon dollar xərcləyib. Hər iki tərəfdən olan insan itkisi isə milyonlarladır”, – deyə o bildirib./axar.az