Vətəndaşların ayrı-ayrı kateqoriyaları üçün viza rejiminin sadələşdirilməsi üzrə Rusiya-Türkiyə məsləhətləşmələri oktyabr ayında Moskvada keçiriləcək. Bu barədə jurnalistlərə Rusiyanın xarici işlər nazirinin müavini Yevgeni İvanov bildirib.
AZƏRTAC diplomatın sözlərinə istinadla xəbər verir ki, Rusiya və Türkiyə XİN rəhbərlərinin danışıqlarının yekunlarına əsasən vətəndaşların ayrı-ayrı kateqoriyaları, o cümlədən xidməti pasport sahibləri və uzaq məsafələrə ağır yüklü avtomobillərin sürücüləri üçün səfər rejiminin qarşılıqlı sadələşdirilməsi barədə sazişlərin hazırlanması mexanizmini yaratmaq qərara alınıb.