Şotlandiyanın qərbində baş verən güclü tufan nəticəsində bir nəfər həlak olub, 30 mindən çox ev işıqsız qalıb.
Təbii fəlakət səbəbindən avtobusların, gəmilərin, qatarların hərəkəti dayandırılıb. "Tay Road” körpüsündə küləyin sürəti 164 km/saata çatıb. Bir çox yerlərdə ağaclar qırılaraq avtomobillərin üzərinə düşüb. Dumfrit və Qallovey şəhərlərində fövqəladə vəziyyət elan olunub. (AZƏRTAC)