Roma Papası Fransisk mafiya üzvlərini küfrdən əl çəkməyə və itaətkar olmağa çağırıb.
Oxu.Az "Reuters”ə istinadla xəbər verir ki, bu barədə pontifik Siciliya mafiyasının qətlə yetirdiyi rahib Cüzeppe "Pino” Puqlisini xatırlayarkən bildirib.
"Allaha inanan bəndə mafioz ola bilməz. Mən mafiya üzvlərinə müraciət edirəm: qardaşlar və bacılar, dəyişin! Özünüz və pullarınız haqqında düşündüyünüz yetər. Əsl Tanrıya üz tutun, qardaş və bacılarım”, - Roma Papası deyib.
Qeyd edək ki, Puqlisi gəncləri talelərini narkotik və mafiya ilə bağlamamağa çağırırdı.