Hökumətin tibbi marixuananın istehsalı və ixracına dair planları baş tutacağı təqdirdə Gürcüstan 383 milyon dollar gəlir əldə edə bilər.
XəzərXəbər Oxu.Az-a istinadən xəbər verir ki, bunu "İmedi” telekanalının efirində Gürcüstanın maliyyə naziri İvane Maçavariani deyib.
Onun sözlərinə əsasən, tibbi marixuana bazarı müasir texnologiyalarla bağlıdır, "onun məst etməsi isə dünya qədər qədimdir”. Nazir hesab edir ki, 2024-2025-ci illər üçün bazarın həcmi 25 milyard dollara çata bilər.
Maçavariani qeyd edib ki, tibbi marixuananın ixracından əldə edilən gəlir təhsilin keyfiyyətinin yaxşılaşdırılması, həmçinin yoxsulluğun aradan qaldırılmasına yardım göstərəcək.
Sentyabrın 12-də Gürcüstan DİN marixuananın tibbi və kosmetik məqsədlər üçün istehsalına və ixracına icazə verən qanun layihəsi təqdim edib.
Bu ilin iyulunda isə Gürcüstanın Konstitusiya məhkəməsi hər bir vətəndaşın marixuanadan istifadə etmək hüququnu tanıyıb. Lakin ictimai və uşaqlar olan yerlərdə marixuanadan istifadəyə görə cəza tətbiq ediləcək.