Xəzər Xəbər

“Veçerniy Murmansk” qəzeti həmyerlilərimiz barədə yazır

Dünya | 15:55 • 15 Sentyabr 2018
“Veçerniy Murmansk” qəzeti həmyerlilərimiz barədə yazır

Rusiya Federasiyasının qəhrəman Murmansk şəhəri administrasiyası tərəfindən təsis edilmiş "Veçerniy Murmansk” qəzetində "Dünyanın o başına gedib çıxanlar” sərlövhəli məqalə dərc edilib.


Murmanskdakı "Azərbaycan” milli-mədəni muxtariyyətinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürovun AZƏRTAC-a verdiyi məlumata görə, məqalədə Murmansk vilayətindəki "Azərbaycan Mədəniyyət Mərkəzi” ictimai təşkilatının Ağsaqqallar Şurasının üzvləri olan həmyerlilərimizin taleyindən bəhs edilir. Bu insanlar hamısı Murmanska sovet dövründə - 50, 40, 30 il bundan əvvəl gəlib, burada ailə qurub, Murmansk diyarına xas olan ənənələrin daşıyıcılarına çevriliblər. Onlar belə şəraitdə yaşamağın və insanlarla münaqişəsiz münasibətlər qurmağın üsullarını hamıdan yaxşı bilirlər.


Məqalənin müəllifi daha sonra ötən əsrin 90-cı illərində –Sovet İttifaqının dağılması ilə bağlı böhranlar və münaqişələr dövründə taleyin hökmü ilə Murmanska köçmüş həmvətənlərimiz barədə söhbət açır.


Həmyerlilərimizdən biri isə Azərbaycan plovunun hazırlanması reseptini gündəlik "Veçerniy Murmansk” qəzetinin oxucuları üçün paylaşıb.

Xəbər lenti

Çox oxunanlar