Xəzər Xəbər

İraq avqustda OPEC üzrə ikinci ən böyük neft ixracatçısı olub

Dünya | 14:56 • 15 Sentyabr 2018
İraq avqustda OPEC üzrə ikinci ən böyük neft ixracatçısı olub

Avqust ayında İraq Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə Səudiyyə Ərəbistanından sonra ikinci ən böyük neft ixracatçısı olub.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyinin sözçüsü Asim Cihad deyib.


O bildirib ki, ötən ay İraqın xam neft ixracı əvvəlki ayla müqayisədə 2 milyon barrel artıb. Avqust ayında ölkənin mərkəzi və cənubundakı neft yataqlarından ixrac edilən xam neftin həcmi 111 milyon 61 min 618 barrelə çatıb. Bununla da İraq Səudiyyə Ərəbistandan sonra OPEC üzrə ikinci ən böyük neft ixracatçısı olub.


İyul ayında İraqın xam neft ixracı 109 milyon 850 min barrel olub.


"İraq neft ixracından 7 milyard 729 milyon 57 min dollar gəlir əldə edib. Bu göstəriciyə Kərkük neftindən əldə olunan gəlir daxil edilməyib”, - deyə o əlavə edib.


OPEC-in son hesabatına görə, İraqın neft istehsalı avqustda əvvəlki ayla müqayisədə 90 min barrel çoxalaraq sutkada 4 milyon 649 min barrel təşkil edib.

Xəbər lenti

Çox oxunanlar