Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyana zəng edərək 45 gündür Ermənistanda saxlanılan 16 yaşlı Türkiyə vətəndaşı Umut Əli Özmenin ekstradisiya olunmasını istəyib.
Xezerxeber.az "Habertürk”ə istinadən bildirir ki, Paşinyan Ərdoğanın bu tələbinə müsbət cavab verib. Ermənistan baş nazirinin göstərişi üzrə Umut Əli 17 və ya 18 sentyabrda Türkiyəyə təhvil veriləcək.
Qeyd edək ki, Türkiyənin Qars əyalətinin Akyaka rayonunda ailəsi ilə yaşayan 16 yaşlı Umut Əli 24 iyulda Şiş təpəsində Türkiyə-Ermənistan sərhəddini bilmədən qanunsuz şəkildə keçdiyinə görə Ermənistan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı. Erməni dilini bilmədiyinə görə türkiyəli yeniyetmə erməni qüvvələri tərəfindən döyülərək təcavüzə məruz qalmış, müxtəlif bədən xəsarətləri almışdı. Umut Əli sərhəddi qanunsuz keçdiyinə görə Ermənistanda məhkəmə qarşısına çıxarılacaqdı. Türkiyə polisi İnterpol vasitəsilə Umutun azad edilərək ekstradisiya olunmasını tələb etsə də, rəsmi İrəvan rədd cavabı vermişdi.