Sentyabrın 15-nə keçən gecə Meksika paytaxtının turistik rayonunda baş verən atışma nəticəsində azı 5 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.
Xezerxeber.az xəbər verir ki, MVS Noticias radiosunun yaydığı məlumata görə, maryaçi milli musiqiçi paltarı geyinmiş cinayətkarlar motosikletlərlə Qaribaldi meydanına gələrək ətrafdakı insanları atəşə tutublar. İnsident nəticəsində 3 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanalarda ölüb.
Mexikonun ictimai təhlükəsizlik naziri, polislər və prokurorluq işçiləri hadisə yerinə gəliblər. Həmin rayonda canilərin axtarışı üzrə irimiqyaslı əməliyyat başlayıb. Hücumun motivləri hələlik bəlli deyil.
Qeyd edək ki, hadisənin baş verdiyi meydan Mexikoda maryaçilərin mərkəzi sayılır.