İndoneziyanın Mərkəzi Sulavesi vilayəti sahillərində bərə yanaraq qəzaya uğrayıb.
Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, insident nəticəsində azı 10 nəfər həlak olub, daha 11 nəfər itkin düşmüş hesab edilir.
Kyodo agentliyinin yaydığı məlumata görə, göyərtəsində 147 sərnişinin olduğu bərə yanğın başladıqdan sonra batıb. Xilasedicilər pis hava şəraiti səbəbindən hadisə yerinə yalnız üç saatdan sonra yetişə biliblər. Xilasetmə əməliyyatı zamanı gəminin 126 sərnişinini xilas etmək mümkün olub. Onların vəziyyəti barədə məlumat verilmir.
Yanğının səbəbləri hələlik dəqiqləşməyib.