Türk Hava Yolları (THY) ilə birgə qurulan Albaniyanın ilk hava yolu şirkəti "Air Albania” paytaxt Tiranada təşkil edilən mərasimlə fəaliyyətə başlayıb.
Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, mərasimdə Albaniya Baş naziri Edi Rama və digər rəsmi şəxslər iştirak edib.
"Air Albania” ilk reysini Tirana-İstanbul-Tirana istiqamətində həyata keçirib.