Fransa prezidenti Emmanuel Makron Ermənistan baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib.
Xezerxeber.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər münaqişənin yalnız ATƏT-in Minsk qrupu çərçivəsində həllinin vacibliyini vurğulayıblar.
Paşinyan bəyan edib ki, Ermənistan danışıqların davam etdirilməsinə sadiqdir.