Meksikada daşınan soyuducuda kəsilmiş yeddi insan başı tapılıb.
Xezerxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, qətlə yetirilən kişilərin 25-40 yaş arasında olduqları ehtimal edilir.
Soyuducuda həmçinin bir qol və ayaq aşkarlanıb.
Hadisə ölkənin şimal-qərbində yerləşən Bakum şəhərində baş verib. Son 20 ay ərzində burada 150 nəfər qətlə yetirilib. Onların narkotik qaçalmalçılığında iştirak etdiyi güman olunur.