Türkiyə kəşfiyyatı Suriyanın Afrin şəhərində xüsusi əməliyyat keçirib.
Xezerxeber.az yerli KİV-ə istinadən bildirir ki, əməliyyat nəticəsində 9 YPG/PKK terrorçusu saxlanılıb.
Həmin şəxslər "Zeytun budağı” əməliyyatında iştirak edən iki türk əsgərinin ölümündə şübhəli bilinirlər.
Saxlanılan terrorçular Türkiyənin Hatay bölgəsinin jandarma komandanlığına təhvil verilib.