Almaniya federal kansleri Angela Merkel Rusiyanı bir çox keçmiş sovet respublikalarında vəziyyətin destablizasiyasında günahlandırıb. Virtualaz.org xəbər verir ki, kansler bu haqda Litvada dislokasiya olunmuş alman hərbçilərinin qarşısında çıxışı zamanı danışıb.
Merkel bildirib ki, Rusiya Ukrayna, Gürcüstan, Ermənistan, Moldova və Azərbaycanda vəziyyəti destablizə edir. "Biz görürük ki, mahiyyətcə Avropa İttifaqınn və NATO-nun tərkibinə daxil olmana bütün keçmiş sovet respublikaları Rusiyanın yaratdığı daxili münaqişələrlə qarşılaşıblar”-Almania hökumətinin başçısı belə deyib.
Merkel əlavə edib ki, bu gün bütün həmin dövlətlər öz ərazi bütövlüklərinin bərpası uğrunda mübarizə aparmaqla məşğuldur (hərçənd Almaniya kanslerinin bu sözlərinin Azərbaycan ərazilərinin işğalı hesabına öz ərazilərini genişləndirməyə can atan Ermənistana aid olması istisnadır-red.), çünki Rusiya onların ərazilərinin bir hissəsini ya ayırıb, ya da orada etnik münaqişə alovlandırıb.
Angela Merkel Litvaya səfər edərək üç Baltik respublikasının rəhbərləri ilə görüşüb. O bildirib ki, Litvada Rusiyanın apardığı hibrid müharibəyə qarşı yerləşdirilmiş NATO missiyası çərçivəsində 450 alman hərbçisi xidmət edir. Merkelin sözlərinə görə Bundesverin Litvada yerləşdirilmiş batalyonu Baltik ölkələri ilə Almaniyanın sıx münasibətlərinin simvoludur.