Amerika istehsalı olan
ilk "MH-60R” çox məqsədli hərbi donanma helikopteri Səudiyyə Ərəbistanı
hərbi dəniz qüvvələrinin ixtiyarına verilib. Bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin rəsmi "Tvitter" səhifəsində məlumat yerləşdirilib.
Qeyd
olunub ki, Səudiyyə ordusunda yüksək döyüş keyfiyyətlərinə malik bu cür
helikopterlərin mövcudluğu Krallığın hərbi dəniz qüvvələrinin
regiondakı bütün təhdid və çağırışlara qarşılıq vermək imkanını
gücləndirəcək. "MH-60R” helikopterlərinin Səudiyyəyə çatdırılmasının
qrafika üzrə davam etdiyi bildirilib.
ABŞ və Səudiyyə Ərəbistanı
arasında 2015-ci ildə imzalanmış 1,9 milyard dollarlıq sazişə əsasən,
Pentaqon Səudiyyə donanmasını 10 ədəd "MH-60R” helikopterləri ilə təchiz
etməlidir. Onların istehsalı ilə Amerikanın "Lockheed Martin”
hərbi-sənaye korporasiyası məşğul olur. Bu helikopterlərin biri 145
milyon dollar dəyərindədir. "MH-60R”lər sualtı qayıq və dəniz piyadaları
əleyhinə döyüşlərdə, axtarış-xilasetmə missiyalarında, nəzarət və
rabitə tapşırıqlaında, loqistik dəstək və şəxsi heyətin transferində
istifadə olunur.