ABŞ prezidenti Donald Tramp Qərbi Virciniyadakı kampaniya zamanı Avropa İttifaqı (Aİ) ölkələrinə vergiləri artıracağı ilə bağlı açıqlama verib.
Tramp Aİ ölkələrindən ABŞ-a ixrac olunan bütün avtomobillərə 25% əlavə gömrük vergisi tətbiq edəcəyini deyib.
Trampın bu açıqlaması ABŞ ticarət naziri Vilbur Rossun avtomobil vergiləri haqqında hesabatının gecikdiyi bir vaxtda verilib. Ross bu gecikmənin səbəbi olaraq Avropa Komissiyası, Meksika və Kanada ilə danışıqları göstərib. O, hesabatın yayımlanması üçün hansısa bir tarixin bəlli olmadığını bildirib.