Xəzər Xəbər

Lotereyada 107 milyon avro uddu

Dünya | 15:08 • 22 Avqust 2018
Lotereyada 107 milyon avro uddu

Belçika sakini "EuroMillions" lotereyasında 107 milyon avro qazanıb.

XəzərXəbər-in Trend-ə istinadən verdiyi məlumata görə, "EuroMillions" sayəsində hər il bir neçə belçikalı milyonçu olur.

2016-cı ilin oktyabrında Brüsseldə küçə süpürgəçilərindən biri "EuroMillions"da 168 milyon avroluq cekpotu qazanaraq krallıq tarixində ən böyük uduşa sahib olub.

2017-ci ildə də eyni lotereyanın şanslıları belçikalılar olub. Onlar 153 milyon və 23 milyon avro qazanıblar.

Bu da Belçika sakinlərini lotereya oyunlarına daha da cəlb edir. Hesablamalara görə, təkcə ötən il 6,5 milyon belçikalı ən azı bir dəfə "EuroMillions" oyunlarına baş vurub.

Xəbər lenti

Çox oxunanlar