Xəzər Xəbər

Ukraynalılar tamamilə yoxa çıxacaq – DƏHŞƏTLİ STATİSTİKA

Dünya | 13:06 • 22 Avqust 2018
Ukraynalılar tamamilə yoxa çıxacaq

Sovet İttifaqının dağılmasından sonra Ukraynanın əhalisi 42 milyon nəfərə qədər azalıb.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda "1+1” telekanalının "Ukrayna rəqəmlərdə” proqramında bildirilib.

Qeyd edilib ki, ölkədə ölüm faizi doğum sayını əhəmiyyətli dərəcədə üstələyir. 25 il əvvəl Ukraynanın əhalisi 52 milyon təşkil edirdi və ötən müddət ərzində əhali ən azı on milyon nəfər azalıb.

"Bu bütöv İsveç, Yunanıstan və ya Portuqaliyadır (bu ölkələrin əhalisi 10 milyon ətrafındadır –red.)”, - süjetdə qeyd edilib.

Bəzi ekspertlərin fikrincə, real rəqəmlər əhəmiyyətli dərəcədə fərqlənə bilər. Onların sözlərinə görə, Ukraynanın əhalisi cəmi 35 milyon nəfər təşkil edir. Əhalinin sonuncu siyahıya alınması 18 il əvvəl keçirilib.

"Ukraynalılar tamamilə yox ola biləcək birinci millət ola bilər”, - telekanalın müxbiri bildirib.

Süjetdə vurğulanıb ki, Ukraynada hər 100 doğulana 140 ölü düşür. Hər il ölən Ukrayna vətəndaşlarının sayı Xmelnitsk, Çernivtsi və ya Sumı vilayətlərinin əhalisinin sayından çoxdur./publika.az

Xəbər lenti

Çox oxunanlar