Göyərtəsində 200-dən sərnişinin olduğu təyyarə mühərrikində başlayan yanğınla əlaqədar Ufaya qayıdıb.
"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Ufa hava limanının saytında bildirilir.
"Sol mühərrikin alışması səbəbindən "Red Vinqs” aviaşirkətinin 808 reysini həyata keçirən Tu-204 hava gəmisi Ufa aeroportunda qəza enişi edib. Təyyarənin göyərtəsində 202 sərnişin var idi”, - xəbərdə deyilir.
Təyyarənin hava limanına enməsindən 7 dəqiqə sonra hava ilə doldurulan pilləkənlərin köməyi ilə sərnişinlərin hamısı təxliyə edilib. Zərərçəkən yoxdur.
Sərnişinlərlə aviaşirkətin nümayəndələri və psixoloqlar işləyirlər. Hadisə ilə bağlı araşdırma aparılır./publika.az