Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham edilən, habelə FETÖ təşkilatı ilə əlaqəsi olduğu iddia edilən fərari əsgərlərə Yunanıstanda sığınacaq hüququnun verilməsi iki ölkə arasında gərginliyi artırıb.
Yunanıstan məhkəməsi fərari əsgər Süleyman Özkaynakçı
üçün verilən sığınacaq hüququna Türkiyənin etirazlarına rəğmən
yekun qərarını açıqlayıb. Yekun qərara əsasən, Türkiyə hökumətinin
etirazı rədd edilib, həmin əsgərin sığınacaq hüququ tanınıb.
Cenevrə Konvensiyasına istinadla alınan qərarda, Özkaynakçının
dövlət çevrilişi təşəbbüsünə qoşulduğuna və Fətullahçı Terror
Təşkilatının üzvü (FETÖ) olduğuna dair kifayət qədər dəlil olmadığı
irəli sürülüb. Qərarın ardından Özkaynakçı üçün səyahət sənədi
təmin ediləcək.
Yunanıstan mətbuatının yaydığı xəbərə görə, hərbi bölgədə qorunma
altında olan əsgərlərdən daha 3-nün sığınacaq hüququ Yunan
Sığınacaq İdarəsi tərəfindən tanınıb./publika.az