Melaniya Trampın həyat yoldaşı Donald Trampdan boşanacağı iddialarına yenisi əlavə edilib.
İddialara görə, Donald Melaniyanı Ağ Evdə əsir saxlayır.
Bu barədə prezidentin keçmiş köməkçisi Omarosa Nyuman Ağ Evdəki günlərindən bəhs edən kitabında yazıb. O qeyd edib ki, prezindent həyat yoldaşını ABŞ-dan deportasiya etməklə təhdid edir və əsir saxlayır.
Lakin Melaniya Trampın sözçüsü Stefaniya Qrişam bu iddiaları təkzib edib.
Qeyd edək ki, Omarosa Nyuman daha öncə Melaniyanın Donald Tramp vəzifədə ikən onu boşayacağı halda ABŞ vətəndaşlığından çıxarılması ilə təhdid olunduğunu və ondan intiqam alınacağını bildirmişdi./publika