Xəzər Xəbər

Ruhani ABŞ-a GÖZDAĞI VERDİ: "Türkiyə və İran qırıcı istehsal edə bilər"

Dünya | 13:22 • 21 Avqust 2018
Ruhani ABŞ-a GÖZDAĞI VERDİ:

İran prezidenti Həsən Ruhani Türkiyə ilə bağlı kritik açıqlama verib.

İran lideri qonşu və dost ölkələr olaraq Türkiyə ilə İranın müdafiə sənayesində əməkdaşlıq edə biləcəyini deyib.

Paytaxt Tehranda təşkil edilən İranın ilk reaktiv təyyarəsi "Kövsər”in təqdimat mərasimində çıxış edən Ruhani bildirib ki, tərəflər bu əməkdaşlıq çərçivəsində qırıcı istehsal edə bilər.

Müdafiə sənayesində az maliyyə ilə təsir gücü yüksək olan silahlar istehsal etmək istədiklərini vurğulayan lider Türkiyə ilə yanaşı, Paksitanla da müdafiə sahəsində əməkdaşlığa razı olduqlarını deyib.

H.Ruhani çıxışında ABŞ-ın İrana və digər dövlətlərə qarşı sanksiyalarını tənqid edib və bu ölkənin güvənilməz olduğunu bildirib./publika.az

Xəbər lenti

Çox oxunanlar