Şimali Koreya lideri Kim Çen In tibbi avadanlığın istehsalı üzrə zavodlardan birinə baş çəkməsindən sonra ölkənin səhiyyə sektorunu tənqid edib.
"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Koreyanın Mərkəzi teleqraf agentliyi (STAK) bildirib.
Agentliyin məlumatına görə, Kim Çen In Pxyonan-Pukto əyalətində tibbi avadanlığının istehsalı üzrə zavodun pis vəziyyətindən məyus olub.
"Başqa sektorlarda son illərdə əhəmiyyətli sıçrayışlar oldu, amma ictimai səhiyyə sektorunda sıçrayış heç vaxt olmayıb, o daha da passiv olur. Bu sektorda heç nəylə fəxr etmək olmur. İstehsal mühitinin səviyyəsini dəstəkləyəcək belə müəssisə yoxdur, avadanlığın müasirləşdirilməsi haqqında heç danışmıram”, - Kim Çen In deyib.
O həmçinin hökuməti və xalq hakimiyyətinin bütün orqanlarını ictimai səhiyyə sektorunun maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işində öz rolunu məsuliyyətlə yerinə yetirməyə çağırıb./publika.az