Baltikyanı ölkələrdə, həmçinin Mərkəzi və Şərqi Avropada əhalinin ixtisarı Avropanın təhlükəsizliyinə təsir edə bilər.
Bu haqda Litva sosial tədqiqatlar mərkəzinin direktoru Sarmite Likulenene "Rzeczpospolita” nəşrinə bildirib.
Onun sözlərinə görə, bu vəziyyətdən Rusiya istifadə edə bilər.
"Əhalinin ixtisarı təhlükəsizliyimizə zərbədir, vəziyyətdən Rusiya istifadə edə bilər. Cəmiyyətdə gərginlik artır. Yaxın vaxtlarda onunla bağlı müzakirələr başlayıb ki, Litvada qeydə alınmış Rusiya korporasiyasına işləməyə icazə vermək lazımdırmı? Korporasiya taksi daşınmaları ilə məşğul olur və öz müştəriləri haqqında məlumatları yığır”, - Mikulenene deyib.
Mərkəzin direktorunun sözlərinə görə, əhalinin yoxa çıxması məsələsi, xüsusilə SSRİ-nin dağılmasından sonra daha kəskin qalxıb:
"1990-cı illərdən başlayaraq Litva əhalinin dörddə biri, Latviya üçdə birindən məhrum oldu. Avropa İttifaqına girişdən sonra Polşa bir milyondan çox sakinini itirdi. Onlar Avropanın daha inkişaf etmiş ölkələrinə yollandılar. Onların yerlərini şərqdən, ilk növbədə Ukraynadan gələnlər tuturlar”.
Mikulenene hesab edir ki, 2004-cü ildə Şərqi Avropanın bir neçə ölkəsinin Avropa İttifaqına girişi əhalinin ixtisarının əsas səbəbidir. O qeyd edib ki, İsveç, Böyük Britaniya və İrlandiya əmək bazarlarını Avropa İttifaqının yeni üzvlərinin sakinləri üçün açaraq kütləvi emiqrasiyanı provokasiya ediblər.
"Əsasən cavan insanlar gedirlər və buna görə də əhali sürətlə qocalır. Bu, tezliklə pensiya sisteminin iflasına gətirib çıxaracaq, çünki heç kəs pensiyaları maliyyələşdirə bilməyəcək. Vəziyyət həyəcana səbəb olur. Litvada artıq iki min kənd boşalıb, universitetlərdə fakultələr bağlanır, iş qüvvəsinin çatışmazlığı hiss olunur. Əhalinin sıxlığı bir kvadrat kilometrdə 44 insana qədər azalıb. Latviya və Estoniyada bu göstərici daha pisdir: müvafiq olaraq 35 və 29 nəfər”, - Mikulenene əlavə edib.
Bundan başqa, Litvanın əhalisi Avropa İttifaqında hamıdan daha sürətlə azalır. Onu anti-reytinqdə Xorvatiya, Latviya, Bolqarıstan və Rumıniya izləyir./publika.az