Qətər əmirinin atası Hamad Es Sani 21 il əvvəl İtaliyada ona yaxşılıq edən qadını tapıb.
Es Sani yaşlı qadına həm təşəkkür edib, həm də hədiyyələr verib.
Əmir 21 il əvvəl Brinds şəhərində gəzərkən qəfildən tualetə getmək istəyib. Brinds turizm bölgəsi olmadığı üçün əmir kafe və ya restoran tapmadığından tualet tapmaqda çətinlik çəkib. Bu zaman evinin qarşısında oturan qadın ona evinin tualetindən istifadə etməsinə imkan yaradıb. Qadın onun Qətər əmiri olduğunu bilməyib.
2013-cü ilə qədər Qətər əmiri olan və bu vəzifəni oğluna verən "Ata əmir” keçən həftə yenidən Brindsə gələrək həmin qadını axtarıb. Şəhərə gəlməzdən əvvəl o qadının hələ də həmin ünvanda yaşayıb-yaşamadığını öyrənib. Avqustun 16-da keçmiş əmir 89 yaşlı qadını ziyarət edib./publika.az