Əfqanıstan Prezidenti Əşrəf Qəninin Qurban bayramı münasibətilə çıxışı zamanı paytaxt Kabil şəhərinə raket zərbələri endirilib.
Hücum yerli vaxtla saat 09:00-da qeydə alınıb. Raketlər Prezident iqamətgahı və şəhərin bir çox ölkələrin səfirliklərinin yerləşdiyi hökumət məhəlləsi istiqamətinə atılıb.
Tolo News" telekanalının xəbərinə görə, Əfqanıstan təhlükəsizlik qüvvələri Prezident iqamətgahına raket hücumu həyata keçirən iki qiyamçını zərərsizləşdirib.
Məlumata görə, hazırda ərazidə döyüşlər davam edir.