Xəzər Xəbər

“Brexit” ləğv oluna bilər? – Avrokomissardan ilginc açıqlama

Dünya | 16:30 • 20 Avqust 2018
“Brexit” ləğv oluna bilər?
Nəzəri olaraq, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması üçün keçirilən səsvermənin nəticələri ləğv edilə bilər.


XəzərXəbər "Reuters”ə istinadən xəbər verir ki, bu barədə Aİ-nın iqtisadi və maliyyə məsələləri üzrə komissarı Pyer Moskoviç britaniyalı milyonçu Culian Cankertonun qərarını şərh edərkən deyib.


"Superdry” brendinin həmtəsisçisi, britaniyalı milyonçu Culian Cankerton Britaniyanın Aİ-dan çıxması üçün hazırlanan razılaşmanın şərtləri barədə bütün ölkə əhalisinin müxtəlif təbəqələrinin fikri və mövqeyinin öyrənilməsi üçün "People's Vote” (Xalqın səsi) ictimai birliyinə bir milyon funt-sterlinq verməyi qərara alıb. Bu mənada, jurnalistlərin ""Brexit” üzrə səsvermənin nəticələrini dəyişmək mümkündürmü?” sualına cavab olaraq, avrokomissar bildirib ki, "Nəzəri cəhətdən bəli... Amma bu, Aİ-dan çıxmaq qərarı verən ingilislərin özlərindən asılıdır”.

Lakin Pyer Moskoviçin fikrincə, "Brexit”in baş tutma ehtimalı çox yüksəkdir, çünki bununla bağlı referendum keçirilib.

Qeyd edək ki, "Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. "Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.

Xəbər lenti