ABŞ-a məxsus hərbi helikopter İraqda qəzaya uğrayıb. İraqın
"Əs-Sümariyə” telekanalı xəbər verir ki, qəza nəticəsində
bir amerikalı hərbçi ölüb, bir neçə nəfər isə yaralanıb.
"Newsweek”in
məlumatına görə, helikopter kiçik miqyaslı anti-terror reydi apardıqdan
sonra bazaya qayıdarkən qəzaya düşüb. Helikopterin düşmən atəşi
nəticəsində vurulduğuna dair ilkin əlamətlərin olmadığı bildirilir. Qeyd
olunur ki, yaralı hərbçilərdən 3-ü ciddi xəsarət aldığından müalicə
üçün digər əraziyə göndərilib.
Hazırda insidentlə bağlı istintaq aparılır. /azvision.az