Rusiya prezidenti
Vladimir Putinin əmri ilə rus ordusunun Mərkəzi və Şərqi hərbi
dairələrindəki qoşun bölmələrinin, hərbi hava-desant qüvvələrinin, Uzaq
və Hərbi-Nəqliyyat aviasiyasının döyüşə hazırlığı ilə bağlı irimiqyaslı
qəfil yoxlanış başlanıb. XəzərXəbər "RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu 16 xüsusi təlimlər kompleksindən ibarət yoxlanışın "Şərq-2018” irimiqyaslı hərbi təlimlər ərəfəsində keçirildiyini bildirib.
"Yoxlama
avqustun 20-dən 25-dən keçirilsin. Qoşunların və silahlı qüvvələrin
davamlı və dayanıqlı idarəetməsinin təşkilinə və dəstəyinə xüsusi diqqət
yetirəcəyəm”, - deyə Şoyqu bəyan edib.
Nazir vurğulayıb ki,
aviahazırlıq və ərazinin müdafiə edilməsi üzrə tapşırıqların yerinə
yetirilməsinin yoxlanılması üçün təlimlərə hərbi komissarlıqlar da cəlb
olunacaq.
Şoyqu qoşunlarının fəaliyyətini üç işçi qrupun
qiymətləndirəcəyini bildirib: onlardan ikisi Şərqi və Mərkəzi dairələrin
hərbi idarəçilik orqanlarını yoxlayacaq, üçüncü qrup isə qoşunların
çevik səfərbərlik qabiliyyətini öyrənəcək. Yoxlamanın nəticələri rus
qoşun birləşmələrinin Çin və Monqolustan ordusunun da iştirak edəcəkləri
irimiqyaslı "Şərq-2018” hərbi təlimlərinə hazırlığının
qiymətləndirilməsi zamanı nəzərə alınacaq.