Xəzər Xəbər

Ankara ABŞ səfirliyinin atəşə tutulmasını pislədi

Dünya | 15:17 • 20 Avqust 2018
Ankara ABŞ səfirliyinin atəşə tutulmasını pislədi
"ABŞ-ın Türkiyədəki səfirliyinə edilən silahlı hücum açıq şəkildə xaos yaratma cəhdidir”.


Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın bəyan edib. O, "Twitter” hesabından etdiyi paylaşımda silahlı hücumu qınadıqlarını bildirib:


"Bu, açıq şəkildə xaos yaratma cəhdidir. Türkiyə təhlükəsiz ölkədir. Bütün xarici nümayəndəliklər qorum altındadır. Hadisə araşdırılmaqdadır və ən qısa zamanda aşkara çıxarılacaq".

Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində ABŞ-ın Ankarada yerləşən səfirliyi atəşə tutulub. Naməlum şəxslər ağ rəngli avtomobildən səfirliyin binasına atəş açaraq hadisə yerindən qaçıblar. İnsident nəticəsində xəsarət alan olmayıb.

Xəbər lenti

Çox oxunanlar