Xəzər Xəbər

Cənubi Koreya-KXDR: bölünmüş ailələrin görüşü başlayıb

Dünya | 12:14 • 20 Avqust 2018
Cənubi Koreya-KXDR:

Cənubi Koreya və KXDR avqustun 20-də son üç ildə ilk dəfə olaraq 1950-1953-cü illərdə baş verən Koreya müharibə nəticəsində bölünmüş ailələrin görüşünü təşkil edib.

TASS informasiya agentliyi xəbər verir ki, görüş KXDR ərazisində yerləşən Kımqansan (Almaz dağları) kurort zonasında keçirilir. Bu dəfə bölünmüş ailələrin görüşü iki mərhələdə baş tutacaq. birinci mərhələ avqustun 20-dən 22-dək, ikinci mərhələ isə avqustun 24-dən 26-na qədər davam edəcək. Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözlərinə görə, görüşlərdə hər iki tərəfdən əksəriyyətinin yaşı 80-dən yuxarı olan 250 nəfərə yaxın insan iştirak edəcək.

Cənubi Koreya və KXDR 1980-illərin ortalarından başlayaraq bölünmüş ailələr arasında 10-dan çox görüş keçirib. Cənubi Koreyada 57 min nəfər Koreya müharibəsi zamanı Şimalda qalan yaxınlarından ayrı düşüb. Onların çoxu 65 ildir ki, bir-birini görmür.

Belə görüşlərin bərpa olunması barədə razılıq bu ilin iyun ayında Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında Kımqansanda keçirilən koreyalararası danışıqlarda əldə olunub.

Xəbər lenti